Prezident Anar Ələkbərovu “Şöhrət” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, Sərəncamla Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə Ələkbərov Anar Sahib oğlu “Şöhrət” ordeni ilə təltif edilib.