Prezident Bakıda 101 nömrəli məktəbdəki vəziyyətlə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Suraxanı rayonundakı Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

XALQ.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.