Prezident baş redaktora orden verdi

Ilham

Azərbaycan Prezidenti İlham Əliyev Həsən Həsənovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ-ın məlumatına görə, sərəncamda deyilir:

Azərbaycan Respublikasında milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə Həsən Zal oğlu Həsənov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, H.Həsənov 2002-ci ilin aprel ayından “Xalq qəzeti”nin (1991-ci ilədək “Kommunist”) baş redaktorudur. Yüzlərlə elmi-publisistik məqalənin müəllifidir. Bir neçə kitabın tərtibçisi və redaktoru, müxtəlif filmlərin ssenari müəllifi və redaktorudur.

Prezidenti İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə “Azərbaycan Respublikasının əməkdar jurnalisti” adına layiq görülüb.