Prezident bir neçə naziri işdən qovdu

54

 

 

Sudan prezidenti Ömər əl-Bəşir hökumətdəki bəzi nazirləri yeniləri ilə əvəz edib. SİA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Sudan prezidenti 1989-cu ildə iqtidarı ələ keçirməsindən bu yana qurulan hökumətlərdə yer alan keçmiş nazirləri yeni kabinetə daxil etməyib.

Bu barədə Sudanın iqtidar partiyası Milli Konqres Partiyasının (MKP) mətbuat xidmətindən verilən açıqlamada bildirilir.

MKP-nin sədr müavini Nafi Əli Nafi jurnalistlərə açıqlamasında bildirib ki, nazirlər kabineti ilə yanaşı özü də daxil olmaqla prezident köməkçiləri Əli Osman Taha və Əl-Hac Adəm Yusif Abdullahında vəzifələrindən azad edilib.

Nafi Bəkri Hasan Salehinin prezidentin birinci müavini, Hasbu Abdurrahman və İbrahim Qandurun isə digər müavinləri təyin olunduğunu deyib.

Sudan xarici işlər naziri Ali Karti və Müdafiə naziri Abdurrahim Məhəmməd Hüseyin postlarında saxlanılıb.

Daxili İşlər, Təhsil, İqtisadiyyat, Elektrik, Neft, Kənd Təsərrüfatı, Mədəniyyət, Tədarük və Dövlət İdarəçiliyi işləri üzrə nazirliklərində nazirlər yeniləri ilə əvəz olunub.

Konstitusiyasında baş nazir postu olmayan Sudanda prezident vəzifəsini Ömər əl-Bəşir icra edir.