Prezident bu qanuna dəyişiklik etdi

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. 

XALQ.AZ-ın məlumatına görə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:

1. 12.2.3-cü maddədən “yaxud ən azı üç il müddətində azadlıqdan məhrum edilmiş şəxsdirsə” sözləri çıxarılsın.

2. 16-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 16. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlərDövlət rüsumunun məbləği16.1. Pasportların və vizaların verilməsinə görə: 16.1.1. ümumvətəndaş pasportlarının alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə25 ABŞ dolları16.1.2. ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə10 ABŞ dolları16.1.3. səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə4 manat16.1.4. tranzit vizalarının və birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə20 ABŞ dolları16.1.5. çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsinə görə350 ABŞ dolları16.2. Vətəndaşlıq məsələləri ilə əlaqədar sənədlərin rəsmiləşdirilməsinə görə: 16.2.1. vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə60 ABŞ dolları16.2.2. vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə60 ABŞ dolları16.3. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına görə: 16.3.1. nikahın qeydə alınmasına görə10 ABŞ dolları16.3.2. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulmasının qeydə alınmasına görə40 ABŞ dolları16.3.3. Qanunla müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslə nikahınpozulmasının qeydə alınmasına görə5 ABŞ dolları16.3.4. soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınmasına görə20 ABŞ dolları16.3.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsinə görə10 ABŞ dolları16.3.6. vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə10 ABŞ dolları16.3.7. xarici ölkələrin qeydiyyat orqanlarında nikahın qeydə alınması məqsədilə ailə vəziyyətinə dair arayışın verilməsinə görə10 ABŞ dolları16.4. Sənədlərin sorğu əsasında alınmasına görə: 16.4.1. sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün): 16.4.1.1. Azərbaycan Respublikasında4 manat16.4.1.2. ölkə xaricində10 ABŞ dolları16.5. Sənədlərin leqallaşdırılmasına görə: 16.5.1. Azərbaycan Respublikasında4 manat16.5.2. xarici ölkədə10 ABŞ dolları16.6. Notariat hərəkətlərinin aparılmasına görə: 16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən nəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən etibarnamələrin təsdiqinə görə20 ABŞ dolları16.6.2. poçt vasitəsilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə etibarnamələrin təsdiqinə görə20 ABŞ dolları16.6.3. müqavilələrin təsdiqinə görə: 16.6.3.1. nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə dair müqavilələrin təsdiqinə görə50 ABŞ dolları16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə150 ABŞ dolları16.6.3.3. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə30 ABŞ dolları16.6.4. sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiqinə görə10 ABŞ dolları16.6.5. sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqinə görə (hər səhifə üçün): xarici dillərdən10 ABŞ dollarıxarici dillərə20 ABŞ dolları16.6.6. sənədlərdəki imzanın, o cümlədən tərcüməçinin imzasının həqiqiliyinin təsdiqinə görə (hər sənəd üçün)20 ABŞ dolları16.6.7. miras əmlakın mühafizəsi üçün tədbirlərin görülməsinə görə40 ABŞ dolları16.6.8. vəsiyyətnamələrin təsdiqinə görə50 ABŞ dolları16.6.9. vəsiyyətnamənin depozitə qəbul edilməsinə görə30 ABŞ dolları16.6.10. vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə100 ABŞ dolları16.6.11. sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmaq üçün qəbul edilməsinə görə20 ABŞ dolları16.6.12. öhdəliyin icra predmetinin saxlanmaq üçün qəbul edilməsinə görə (hər ay üçün)20 ABŞ dolları16.6.13. pul məbləğlərinin və qiymətli kağızların depozitə qəbul edilməsinə görə (hər ay üçün)20 ABŞ dolları16.6.14. icra qeydlərinin aparılmasına görə10 ABŞ dolları16.6.15. ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsinə görə 10 ABŞ dolları16.6.16. şəxsin sağ olması və şəxsin müəyyən yerdə olması faktlarının, şəxsin fotoşəkildəki şəxslə eyniliyinin və sənədlərin təqdim olunduğu vaxtın təsdiq edilməsinə görə10 ABŞ dolları16.6.17. dəniz protestlərinin tərtib edilməsinə görə10 ABŞ dolları16.6.18. sübutların təmin edilməsinə görə10 ABŞ dolları16.7. Digər konsul əməliyyatlarına görə10 ABŞ dolları

3. 17.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“17.7. Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur. Bu maddənin birinci cümləsində göstərilən hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.”.