Prezident bu şəxslərə “Tərəqqi” medalı verdi – SİYAHI

Azərbaycan Respublikası Prezidenti mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

XALQ.AZ sərəncamı təqdim edir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Dadaşova Natalya Konstantinovna
Hüseynova Sevda Əli qızı
Məmmədov Nüsrət Cəfər oğlu
Məmmədova Aliyə Tariyel qızı
Zahid Azad Vasif oğlu.