Prezident Cümhuriyyət abidəsini ziyarət edib – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni milli bayram – Respublika Günü münasibətilə ziyarət edib.

XALQ.AZ xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Orxan