Prezident “Diqlas”dakı yanğını nəzarətə götürdü

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir.

 XALQ.AZ xəbər verir ki, bu barədə Prezident Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetnə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov bildirib.

Yanğından zərərçəkənlərlə görüşən PA rəsmisi vurğulayıb ki, konpensasiyanın verilməsi ölkə başçısının şəxsi təşəbbüsüdür və hər bir kəsə dəyən ziyan ödəniləcək.

“”Diqlas”da baş verən yanğınla əlaqədar komissiya yaradılacaq. Bu məqsədlə zərərçəkənlərin də iştirakı ilə yanğın yerinə baxış keçiriləcək. Müəyyən ediləcək ki, kimə nə qədər zərər dəyib. Bu iş obyektiv şəkildə, halallıqla olmalıdır. Unutmayın ki, məsələ prezidentin diqqət mərkəzindədir və prezident verdiyi sözə hər zaman əməl edir”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.