Prezident Dövlət Neft Fonduna İcraçı direktor təyin etdi

Prezident İlham Əliyev İsrafil Aydın oğlu Məmmədovun Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Dövlət başçısının digər sərəncamı ilə İ.Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru təyin edilib.