Prezidentin E.Mehdiyev haqqında Sərəncamı

01

 

E.L.Mehdiyevin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elman Lütvü oğlu Mehdiyev Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri təyin edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 dekabr 2013-cü il.