Prezident elan etdi- Bu kəndlər işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini Xocavənd, Zəngilan və Cəbrayılın bəzi kəndləri işğaldan azad edilib.

“Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

XALQ.AZ xəbər verir ki, Prezident İlham Əliyev bu barədə tvitterdə məlumat yayıb:

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!