Prezident Eldar Nuriyevi vəzifəsindən azad etdi

Prezident İlham Əliyev Eldar Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb

Sərəncama əsasən, Eldar Qasım oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.