Prezident fəxri adlar verdi

prezident

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar Mühəndis”

Ağamoğlanov Fərhad Hacıağa oğlu
Əkbərov Mehman Qulu oğlu
Hüseynov İlham Qəzənfər oğlu
İskəndərov Daşqın Ələm oğlu
Mehtiyev Qiymət Qismət oğlu
Məmmədov Mahir Ələsgər oğlu
Səmədzadə Nazim Hüseynağa oğlu.

“Əməkdar Müəllim”
Qasımov Elmar Eldar oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2014-cü il.