Prezident Fikrət Qocanı təltif etdi

65f0a82d 138d 361b b32a 98a30829aaa6 850

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Fikrət Göyüş oğlu Qocayev (Fikrət Qoca) “İstiqlal” ordeni ilə təltif edilib.

XALQ.AZ-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Qeyd edək ki, Xalq şairi Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. Sabah onun 85 yaşı tamam olur.