Prezident general-polkovnik və general-mayor rütbəsi verdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-polkovnik” hərbi rütbəsi

general-leytenant Kərəm Nəriman oğlu Mustafayevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Nizami Ağoğlan oğlu Məmmədova

polkovnik Ramil Əlimran oğlu Əsgərova

“kontr-admiral” hərbi rütbəsi

1-ci dərəcəli kapitan Sübhan Kamal oğlu Bəkirova.