Prezident Generalı təltif etdi-Sərəncam

Prezident İlham Əliyev Tofiq Ağahüseynovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Tofiq Yaqub oğlu Ağahüseynov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

 

Rəsul


Comments are closed.