Prezident görüş keçirdi

Prezident İlham Əliyev bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətini qəbul edib.
XALQ.AZ xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Yayılan fotolardan görünür ki, qəbulda prezidentin köməkçisi Əli Həsənov da iştirak edib.
Prezident qəbulda ötən gün təltif olunan bir neçə nümayəndənin, o cümlədən sədr Səttar Mehbalıyevin medallarını təqdim edib.