Prezident iclas keçirdi, Mirdaməd Sadıqovdan şok faktlar açıldı

Prezidentin Nazirlər Kabinetində keçirdiyi iclasda yerlərdə məmurların yol verdiyi qanunsuzluqlar, özbaşınalıqlardan danışmasının ardınca onlardan biri haqda sensasion məlumatlar əldə etmişik.

XALQ.AZ xəbər verir ki,Reportyor.info-ya İsmayıllı Rayon İcra Hakimiyyətində son zamanlar baş verənlər, kadr siyasəti, icra başçısı Mirdaməd Sadıqovun büdcə vəsaitlərində maxinasiyalar həyata keçirməsi haqda xəbərlər verilib. Dövlət başçısının əyalətlərdə məmur zülmü ilə bağlı işdən çıxardığı icra başçılarının trendinə M.Sadıqovun da qoşulacağı istisna deyil.

Məlum İsmayıllı hadisələrindən sonra bu bölgəyə qarşı xüsusi həssaslıq var və siyasi rəhbərlik çalışır ki, regiondan şikayət gəlməsin, narazılıq xirtdəyə çatmasın. Amma M.Sadıqovun fəaliyyəti gərginlik yaratmaqdadır. Əsasən də vəzifələrə həmyerliləri olan lahıclıları təyin etməsi, onları daha çox qabağa çəkməsi İsmayıllıda narazılığı artırıb.

Busəs-küylü informasiyalar və faktlarla bağlı geniş məqaləmizlə gələn həftənin bazar ertəsi tanış ola biləcəksiniz. Beləliklə, biləcəksiniz:

İcra başçısı əkinə yararlı torpaqları pay torpaqları adı ilə necə satıb?

Mirdaməd Sadıqov İH-də vəzifələrə qohumlarını və yaxınlarını necə təyin edib?

Şəhərin mərkəzində obyekti hansı vəsaitlə tikdirib?

İnşa etdirdiyi özəl bağçanın 1 ildir qapısı niyə qıfıllanıb?

Prezidentin açılışını etdiyi yolun tikintisində hansı misli görünməmiş saxtakarlığa yol verilib?

 

 

Orxan