Prezident icra başçısı ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Mahir Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncama əsasənAzərbaycan ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, M. Quliyev 26 aprel 2011-ci ildən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyır.

Orxan