Prezident iki generalı vəzifəsindən azad etdi

Rusiya prezidenti Vladimir Putin “Meduza” saytının jurnalisti İvan Qolunovun işi ilə bağlı Daxili İşlər Nazirliyinin iki generalını vəzifəsindən azad edib.
XALQ.AZ xəbər verir ki, Rusiya prezidenti bu gün bu barədə müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Rusiya DİN-in Moskva şəhəri üzrə narkotiklərin dövriyyəsinə nəzarət Baş İdarəsinin rəisi polis general-mayoru Yuri Devyatkin və Rusiya DİN-in Moskva şəhərinin Qərb İnzibati dairəsi üzrə baş İdarəsinin rəisi, polis general-mayoru Andrey Puçkov vəzifələrindən azad olunublar.
Qeyd edək ki, “Meduza” saytının jurnalisti İvan Qolunov narkotik ittihamı ilə saxlanılıb. Bütün Rusiya ictimaiyyəti, tanınmış ictimai şəxslər jurnalistin saxta ittihamla şərlənərək həbs olunmasına etiraz edəndən sonra, onunla bağlı açılan cinayət işinə xitam verilib və Qolunov azadlığa buraxılıb.

Yeganə