Prezident iki nəfərə general rütbəsi verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ  xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilib:

polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə
polkovnik Yusif Həsən oğlu Mirzəyevə

Prezidentin digər  sərəncamı ilə, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçularını təltif edib.

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Tağıyev Elmar Əli oğlu – polkovnik-leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə
Babazadə Əjdər Yəhya oğlu – polkovnik-leytenant
Əhmədov Elşad Təşkilat oğlu – polkovnik-leytenant
Məmmədov Bəxtiyar İbrahim oğlu – polkovnik-leytenant
Nəbiyev Əfran Xanəli oğlu – polkovnik-leytenant
Əliyev Vüsal Akif oğlu – mayor
Həsənov Nicat Zəfər oğlu – mayor
Əsədullayev Vilayət Fətulla oğlu – kapitan
Sadıqova Ülviyyə Məhərrəm qızı – ədliyyə baş leytenantı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.