Prezident İlham Əliyev- “Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016”

Prezident İlham Əliyev “Facebook” səhifəsində və Azərbaycan prezidentinin “YouTube” kanalında Azərbaycan ordusunun Aprel qələbəsinin üçüncü ildönümü münasibətilə videoçarx paylaşıb.

Videoçarxa “Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016” şərhi verilib.

Həmin videonu təqdim edirik:

Xatırladaq ki, bu gün Azərbaycan və Ermənistan (habelə erməni separatçıları) arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərinin başlanmasından üç il ötür.