Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amili dayanır

“Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amili dayanır. 16 il əvvəl ölkə Prezidenti İlham Əliyev tərəfindən deyilən “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sözləri birmənalı olaraq tam təsdiqini tapıb”.  XALQ.AZ xəbər verir ki, bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, dövlət başçısının imzaladığı fərman və sərəncamların, həyata keçirdiyi çoxsaylı tədbirlərin, gördüyü bütün işlərin kökündə ölkə vətəndaşlarının maddi-rifah halının yüksək səviyyəyə qaldırılması dayandığının hər gün şahidi oluruq.

“Bütün fəaliyyəti, atdığı addımlarla vədinə sadiq qaldığını təsdiqləyən Prezident İlham Əliyevin Şamaxı və Ağsu rayonlarında baş verən təbii fəlakətdən zərər çəkən insanlarla görüşməsi, “Mən gəlməyə bilməzdim” söyləməsi, təkrar zəlzələ bölgəsinə səfəri təkcə şamaxılıların, ağsuların deyil, bütün ölkə vətəndaşlarının ruh yüksəkliyinə səbəb olub. Qısa bir zamanda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı atılan operativ addımlar isə bir daha təsdiq etdi ki, ölkə başçısı daim vətəndaşların yanındadır, onların sevincinə də, kədərinə də şərikdir. Xalq bir daha əmin oldu ki, çətinə, dara düşən hər bir azərbaycanlının köməyinə, dəstəyinə ilk inandığı, etibar etdiyi Prezident İlham Əliyev gəlir”-deyə, deputat qeyd edib.

 

Orxan