Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyası

tamam ceferova 150420

“Sumqayıt Kimya Sənaye Parkı Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olan sənayeləşmənin ən parlaq nümunələrindən biridir və ölkəmizdə qeyri-neft sektorunun inkişafında xususi rola malikdir. Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Dövlət başçısının Sumqayıt Kimya Sənaye Parkı nəzdində Peşə təhsili mərkəzinin açılışında dediyi sözlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir: “Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir”.

Milli Məclisin deputatı Tamam Cəfərova XALQ.AZ-a açıqlamasında bilidirb ki, cənab Prezidentin proqram xarakterli çıxışında iqtisadiyatımızın, xüsusilə ixracyönlü məhsul istehsal edən müəssisələrin prioritetlərini müəyyənləşdirən  tezislər öz əksini tapıb:

– Daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir ki, idxaldan asılılığ maksimum dərəcədə azalsın.

– Tədiyyə balansını müsbət səviyyədə saxlamaq  çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır.

– Xaricdə yaşayan azərbaycanlı iş adamlarının Azərbaycan iqtisadiyyatına investisiya yatırmağa çağırş.

Tamam Cəfərova vurğulayıb ki, Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaqlar və mərkəzin fəaliyyəti həm də peşəkar mütəxəssis çatışmazlığı probleminin aradan qaldırılmasına töhfə olacaq. Peşə Təhsil Mərkəzinin açılması ölkəmizdə aparılan uğurlu kadr siyasəti ilə yanaşı, yeni kadrların və mütəxəssislərin yetişdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

“Pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bütün dünya iqtisadiyyatına mənfi təsir göstərib. Ancaq cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət, bu sahədə atdığı qəti addımlar imkan verəcək ki, postpandemiya dövrünə Azərbaycan ən hazırlıqlı ölkələr sırasında olsun”, deyə millət vəkili xüsusi vurğulayıb.