Prezident İlham Əliyev Əhəd Abıyevi təltif etdi

Prezident İlham Əliyev Əhəd Abıyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əhəd Mikayıl oğlu Abıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

XALQ.AZ