Prezident dövlət büdcəsini təsdiq etdi

prezident

 

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında qanunu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin gəlirləri 18 384 000,0 min manat, xərcləri 20 063 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 17 601 576,0 min manat, yerli gəlirləri 782 424,0 min manat və mərkəzləşdirilmiş xərcləri 18 433 551,0 min manat, yerli xərcləri 1 629 449,0 min manat) məbləğində nəzərdə tutulur.

Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.

Azərbaycan Respublikasının 2014-cü il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 1 200 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 2 000 000,0 min manat təsdiq edilir.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 679 000,0 min manat məbləğində təsdiq edilir. Onun maliyyələşdirilməsi özəlləşdirmədən və daxili və xarici borclanmadan, o cümlədən xaricdə qiymətli kağızların yerləşdirilməsindən, xarici qrantlar və 2014-cü il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının 2014-cü il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 24 443 890,2 min manat müəyyən edilir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2014-cü il icmal büdcəsinin kəsiri 14 084 994,8 min manat məbləğində müəyyən edilir.

Bu qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.