Prezident İlham Əliyevdən yeni təyinat

5

 

Azərbaycan Prezident Administrasiyasının (PA) Siyasi təhlil və informasiya təminatı şöbəsinə yeni müdir təyin edilib. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev dünən sərəncam imzalayıb. Sərəncama əsasən, PA-nın Siyasi təhlil və informasiya təminatı şöbəsinə Səadət Vidadi qızı Yusifova rəhbər təyin edilib.

Xalq.az xəbər verir ki ,  S. Yusifova buna qədər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

O, 1974-cü ildə anadan olub. 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Hüquq üzrə fəlsəfə doktorudur.

S.Yusifova BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi, Azərbaycan Hüquqşünaslari Konfederasiyasinin İdarə Heyətinin üzvüdür. Prezidentin 27 iyun 2013-cü il tarixli fərmanı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təlktif edilib.

Qeyd edək ki, siyasi təhlil və informasiya təminatı şöbəsinə əvvəllər Elnur Aslanov rəhbərlik edib. O, bu il martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə işdən azad olunub.