Prezident İnstagram-da ən populyar liderlər arasında

İnstagramda 426 abunəçinin, o cümlədən Azərbaycan prezidentinin və Azərbaycanın xarici işlər nazirliyinin aktivliyi analiz edilib.

Rusiyanın baş naziri Dmitri Medvedev, Özbəkistan prezidenti Şakvat Mirziyoyev, Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Petr Poroşenko postsovet məkanında İnstagram sosial şəbəkəsini ən uğurlu mənimsəyən dövlət xadimləri sırasında liderlik edirlər.

XALQ.AZ xəbər verir ki, bu haqda hesabat Twiplomacy şirkətinin illik araşdırması nəticəsində bəlli olub.

Mənbə bildirir ki, İnstagramda “Dünya liderləri”nin (World Leaders on Instagram) və BCW qlobal PR agentliyinin (Burson Cohn & Wolfe) araşdırmalarının nəticələrinə görə, bu liderlər öz abunəçiləri ilə fəal əməkdaşlıq edirlər, dünya liderləri, dövlət və beynəlxalq təşkilatlarla ünsiyyət qururlar.

Araşdırma zamanı əsasən İnstagramda 426 abunəçinin, o cümlədən Azərbaycan prezidentinin və Azərbaycanın xarici işlər nazirliyinin aktivliyi analiz edilib.

Hesabata görə, son 12 ay ərzində Azərbaycan prezidentinin hesabına 142 yazı daxil olub, onlardan 139-u foto, 3-ü isə video ilə birgə yerləşdirilib. Ümumilikdə isə bu yazılar 1 milyon 38 min 135 layk və 2 min 859 şərh toplaya bilib. Hesabın auditoriyası 12 ay ərzində 65 min 420 nəfər artaraq 236 min 749 abunəçiyə qədər qalxıb. Bu isə 38.18 faiz artım deməkdur.

Azərbaycanın xarici işlər nazirliyi isə bu hesabat dövründə 29 min 163 layk və şərh toplayıb.

Hesabatın analizi göstərir ki, postsovet məkanında beşliyə daxil olan dövlət liderlərindən Rusiyanın baş naziri Dmitri Medvedevin 2 milyon 914 min 474, Özbəkistan prezidenti Şavkat Mirzizoyevin 831 min 692, Azərbaycan prezidenti İlham Əliyevin 236 min 749, Ukrayna prezidenti Petr Poroşenkonun 123 min 649, Qazaxıstanın baş naziri Baxıtjan Saqintayevin isə 77 min 923 nəfər abunəçisi var.

Sonrakı yerlərdə isə Moldova prezidenti İqor Dodon (41 min 870), Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan (13 min 803), Ukraynanın baş naziri Vladimir Qroysman (25 min 391) və Gürcüstanın xarici işlər naziri David Zalkaliani (1174) qərarlaşıb.

Dünya məkanında isə Hindistanın baş naziri Narenda Modinin -14 milyon 810 min 584, İndoneziya prezidenti Coko Vidodonun – 12 milyon 258 min 141 və ABŞ prezidenti Donald Trampın -10 milyon 88 min 28 abunəçisi qeydə alınıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk onluqda yer alıb və 4 milyon 351 min 238 abunəçi ilə 5-ci yeri tutub.

Araşdırmanın müəllifləri qeyd edirlər ki, Donald Tramp 12 ərzində 218 milyondan çox layk alıb və statusu haqda şərh yazılıb. Bu göstərici Narenda Modinin 69 milyon layk göstəricisindən 3 dəfə çoxdur. Layk sırasında ilk onluqda İranın dini lideri Əli Xamenei (3-cü yer – 127 milyon 336 min 401), Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan (7-ci yer – 21 milyon 524 min 552) yer alıb.

Mənbə vurğulayır ki, İnstagramda bir statusun qarşılıqlı əlaqəsinə görə Hindistanın baş naziri ən effektli dünya liderləri arasında ilk yeri tutub. Onun 80 statusundan hər biri orta hesabla 873 min 302 layk toplayıb. Türkiyə prezidenti 413 min 934 laykla ikinci, İndoneziya prezidenti 411 min 673 min laykla üçüncü yerdədir.

Postsovet məkanında isə ilk beşlikdə Dmitri Medvedev (82 min 465), Şavkat Mirziyoyev (10 min 683), İlham Əliyev (7 min 331), Petr Poroşenko (1954) və İqor Dodon (837) qərarlaşıb.

Sonrakı yerlərdə isə Vladimir Qroysmanın (484), Nikol Paşinyanın (494), Baxıtjan Saqintayevin (227) və David Zalkalianinin (72) adları var.

Araşdırmada daha çox abunəçiləri olan özəl şəxslərin və fotoları yerləşdirilməyən insanların hesabları analiz edilməyib.

Twiplomacy şirkəti bu qəbildən olan adamların reallığına inanmadığını qeyd edib.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.