Prezident islahatları davam etdirəcək

 

85

 

Prezident İlham Əliyev 2014-ci ilin  birinci rübünün yekunlarına dair iclası keçirilib.  Keçirilən iclasda prezident İlham Əliyev qeyd etmişdir ki, ölkəmizin əsas iqtisadi parametrləri çox müsbətdir və bu mənzərə gələcəyə nikbinliklə baxmağa imkan verir. Lakin bu məsələləri doğru və düzgün dəyərləndirmək hər bir məmurun borcludur. Xalq.az-a etibarlı mənbədən daxil olan məlumata görə ölkə başçısı apardığı islahatları davam etdirəcək və  bir sıra yüksək vəzifəli şəxslərlə bağlı  öz qərarını verəcək.Bu məlumatı verən mənbəmiz bildirdi ki, adları «qara siyahı»ya düşən bəzi yüksək vəzifəli məmurlar artıq istefaya göndərilib və bu islahatlar davam edir . Mənbənin söylədiklərinə əsasən paytaxt rayonlarından və eyni zamanda əyalət rayonunun da məsul vəzifəli şəxsləri işdən çıxarılacaq. Yalnız bir neçə icra başçısı digər rayonlara təyinat alacaqlar Saytımıza habelə bölgələrdə və Bakının ayrı-ayrı rayonlarında ciddi qanun pozuntularına yol verən məmurlarının yalnız işdən qovulacaqları deyil, məsuliyyətə də cəlb olunacaqları ilə bağlı məlumat daxil olub. Məlumatda “qara siyahı”ya düşən yüksək vəzifəli şəxslərin adları da qeyd olunub. Belə ki, ciddi nöqsanlara yol verən və əhalinin problemləri ilə məşğul olmayan bir sıra məmurlarıın fəaliyyətlətini izləyib analiz edən xüsusi gizli komissiya da yaradılıb və prezidentə hesabatın təqdim olunub. Bu komissiya müvafiq orqanların tapşırıqlarını vaxtında yerinə yetirməyən və səlahiyyət həddini aşanların adlarını araşdırmaların sonucu olaraq aidiyyəti strukturlara təqdim edilib.Maraq üçün bildirək ki, ölkə rəsmilərini belə tədbirlərə əl atmağa vadar edən amil son günlər bəzi yerlərdə məmur özbaşınalığının pik həddə çatması və atalarının səlahiyyətlərindən istifadə edən gənclərin vətəndaşları rəsmi qurumlara qarşı qaldırması olub. Mənbə onu da bildirdi ki, hazırda bir sıra yüksək vəzifəli şəxslərin harada və nə qədər obyektə sahib olmaları da araşdırılır. Bu səbəbdən bəzi yüksək mənsəb sahiblərinin ümumiyyətlə, həbsə atılması da gündəmdədir. Buna səbəb onların büdcədən ayrılan xeyli vəsaiti öz obyektlərinə yönəltməsidir. Həmin şəxslərlə bağlı sərt tədbirlərin aprel  ayının sonuna kimi davam edəcəyi də gözlənilir. Məlumatlı mənbə onu da vurğulayıb ki, cəzalandırılan məmurlar təkcə bəzi icra strukturları səviyyəsində olmayacaq.

Güc strukturları xaricində əksər nazirliklərdə çalışan məmurların da ciddi töhmət alıb işdən çıxarılacağı qaçılmazdır