Prezident İsmayıl Berdiyevi təltif etdi

prezident ilham əliyev
Prezident İlham Əliyev Berdiyev İsmayıl Aliyeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
XALQ.AZ xəbər verir ki, İsmayıl Berdiyev Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, İsmayıl Berdiyev Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin (ŞQMƏM) sədridir. O, Qaraçay-Çərkəzin müftisidir. Berdiyevin 65 yaşı tamam olur.
Orxan

Comments are closed.