Prezident məktəblərin yeni şəraiti ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

XALQ.AZ xəbər verir ki, dövlətimizin başçısına liseydə görülən işlər barədə məlumat verilib.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Səbail rayonunda general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına məktəbdə görülən yenidənqurma və əsaslı təmir işləri barədə məlumat verilib.

****

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına təhsil ocağında görülən işlər barədə məlumat verilib.

 

 

Orxan