Prezident mədəniyyət nazirini qovdu

 

82

 

AzNews.az RİA Novostiyə istinadən xəbər verir ki, Çeçenistanın prezidenti Ramazan Kadırov 26 dekabrda 2013 – cü ildə rəhbərlik etdiyi təşkilatın işləri aşağı səviyyədə olduğuna görə mədəniyyət naziri Dikalu Muzakayevi işdən çıxarıb.

Kadırovun sözlərinə görə o bu qərara birdən gəlməyib. Muzakayev bu vəzifədə 7 il işləyib, onun işləmə mexanizmi bu illər ərzində nəzarətdə saxlanılıb və müəyyən edilib ki, şəxsən son bir ildə nazirliyin fəaliyyətində heç bir müsbət irəliləyiş olmayıb. Ona görə nazirlikdə vəzifə dəyişkənliyi etmək qərarına gəlinib.

Kadırov bu posta yeni təyinat da edib. Xocabaydi Daayev yeni mədəniyyət naziri təyin edilib. Daayev yeni təyinatından əvvəl elə bu nazirlikdə gənclərlə iş şöbəsinə rəhbərlik edib. Prezident yeni nazirinə regionlarda kadr potensialının inkişafına xüsusi diqqət yetirməyi tapşırıb.