Prezident Matviyenkoya orden verdi

Valentina İvanovna Matviyenko “Dostluq” ordeni ilə təltif edilib.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamın mətnini AZƏRTAC yayımlayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Valentina İvanovna Matviyenko “Dostluq” ordeni ilə təltif edilib.

 

Orxan