Prezident nazir müavini haqda sərəncam verdi

Azərbaycan Prezidenti İlham Əliyev İlham Quliyevlə bağlı sərəncam imzalayıb. 

XALQ.AZ xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətlərinə görə İlham Ərdəbil oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, İlham Quliyev Kənd Təsərrüfatı nazirinin müavinidir. 

Prezident nazir müavini haqda sərəncam verdi

XALQ.AZ