Prezident nazir müavini və Xidmət rəisi vəzifədən azad etdi-Sərəncam

Prezident İlham Əliyev Rafiq Bayramovun Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncama əsasən, Rafiq Yasin oğlu Bayramov Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Zakir İmran oğlu Sultanov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, hər iki şəxs DTX-nın keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıblar.