Prezident Niyaməddin Musayevlə bağlı sərəncam verdi

Prezident İlham Əliyev Niyaməddin Musayevi təltif edib.

XALQ.AZ xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Xalq artisti Niyaməddin Musayevin iyun ayında 80 yaşı tamam olacaq.