Prezident Orxan Mansurzadəni təltif etdi

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, Sərəncamla, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilib.

Sərəncamla DİN-nin  mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə  təltif olunub.  Orxan Mansurzadə  “Vətən uğrunda” medalı ilə təltif olunub .