Prezident Putinlə münasibətlərdən danışdı

Şübhəsiz, liderlərin şəxsi əlaqələri istənilən dövlətlərarası münasibətlərdə həmişə mühüm rol oynayır, xüsusilə də çoxəsrlik tarixin bağladığı qonşu dövlətlər arasında münasibətlərdə.

XALQ,AZ xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə münasibətlər barədə sualı cavablandırarkən deyib.

Prezident qeyd edib ki, Vladimir Putinlə şəxsi münasibətlər ikitərəfli münasibətlərin uğurlu inkişafı üçün mühüm amillərdən biridir.

“Tez-tez keçirilən görüşlər, ikitərəfli və çoxtərəfli formatda əlaqələr qarşılıqlı anlaşmanın möhkəmlənməsinə dəstək olur. Bizim qapalı mövzumuz yoxdur. Müdaxiləmizi tələb edən hansısa suallar yarandıqda, mütləq zəngləşir, yaxud görüşür, tabeliyimizdə olan şəxslərdən kiminsə buraxdığı hansısa məqamları nizamlayırıq. Bu, dövlətlərarası əməkdaşlıqda mühüm rol oynayan vacib amildir. Bir çox hallarda bizim səylərimiz, etibarlı münasibətlərimiz və ölkələrimizin bir-biri üçün vacibliyini ümumi dərk etməyimizin sayəsində əməkdaşlığımızı həm Rusiya, həm də Azərbaycanın barəsində bəyan etdikləri strateji tərəfdaşlıq səviyyəsinə çıxarmağa müyəssər olmuşuq”, – deyə prezident Əliyev qeyd edib.

Əməkdaşlıq istiqamətlərindən danışan Azərbaycan prezidenti qeyd edib ki, ölkələr bir çox məsələlər üzrə sıx qarşılıqlı əlaqədədirlər:

“İqtisadi sahədə mal dövriyyəsi artır, nəqliyyat, energetika sahəsində birgə layihələr həyata keçiririk. Humanitar əməkdaşlıq böyük bir təbəqədir. Azərbaycanda rus dilində təhsil verən 300-dən artıq məktəb var, bütün ali tədris müəssisələrində rusdilli fakültələr mövcuddur. Bir müddət əvvəl Rusiyanın aparıcı ali məktəbləri – MDU və Seçenov adına Tibb Akademiyasının iki filialı açıldı ki, bu da bizim humanitar əməkdaşlığımız üçün mühüm amildir”.

 

Elgün