Prezident Qətər səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 18-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysəl bin Abdullah Həməd Abdullah Əl Hinzabın etimadnaməsini qəbul edib.

Görüş zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub.