Prezident Quba və Xaçmaza səfər edib- YENİLƏNİB

65

 

Prezident İlham Əliyev sentyabrın 18-də Quba və Xaçmaz rayonlarına səfər edib.

Səfər zamanı ölkə başçısı bır sıra obyektlərin açılışını edəcək. Artıq bütün hazırlıq işləri tamamlanıb  Qubada Heydər Əliyev mərkəzinin,

Quba rayon icra hakimiyyətinin inzibati binasının,və gənclər mərkəzinin Xaçmazda isə icra hakimiyyətinin inzibati binasının və diğər obyektlərin açılışı gözlənilir.

Xalq.az

 


 

Quba rayonunda “Soyqırımı memorial kompleksi”nin açılışı olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib. Prezident İ.Əliyevə kompleksdə görülən işlər barəsində ətraflı məlumat verilib.

Qeyd edək ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində meydana gələn Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib.