Prezident Sənubər İsgəndərliyə mənzil hədiyyə edib

Prezident İlham Əliyev Əməkdar artist, Prezident mükafatçısı Sənubər İsgəndərliyə mənzil hədiyyə edib.

XALQ.AZ  xəbər verir ki, bunu Əməkdar artistin özü bildirib.

O, dövlət başçısına minnətdarlıq məktubu ünvanlayıb. Məktubda deyilir:

“Möhtərəm Cənab Prezident.

Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qaygı bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun!”

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.