Prezident Şəmkirdə açılışlar etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şəmkir rayonuna səfərə gəlib.

XALQ.AZ xəbər verir ki, dövlət başçısı əvvəlcə Şəmkir şəhərində Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda görülən işlər barədə Prezidentə məlumat verib.

Dövlət başçısı daha sonra “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimində iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə kompleks barədə məlumat verib. Prezident kompleksin işə salınmasını bildirən düyməni basıb.

Prezident İlham Əliyev kompleksin kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

XALQ.AZ