Prezident sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimləri keçirilsin.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planını hazırlasın və onun həyata keçirilməsini təmin etsin.

Orxan