Prezident sərəncam verdi

ilham

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsində nəzərdə tutulan milli orqanın müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ-ın məlumatına görə, sərəncamda deyilir:

“Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının 1955-ci il iyulun 15-də qüvvəyə minmiş Nizamnaməsinin 7-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan milli orqan qismində Azərbaycanın Xarici İşlər Nazirliyi müəyyən edilsin.

Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən milli orqan barədə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Baş katibinə müvafiq bildiriş göndərmək tapşırılıb”.