Prezident Səadət Yusifovanı vəzifəyə təyin etdi

Xəbər veridiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb.

XALQ.AZ məlumat verir ki, Administrasiyasının ləğv edilmiş ictimai-siyasi şöbəsi əsasında iki yeni şöbə yaradıldı. Yeni yaradılan Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi.

Siyasi təhlil və planlaşdırma şöbəsi müdiri vəzifəsində çalışan Səadət Yusifova Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi müdir müavini təyin edilib . Qeyd edək ki, siyasi təhlil və planlaşdırma şöbəsi də ləğv edilib .