Prezident Sammitdə iştirak üçün Tacikistana səfər edib-Fotolar

 

Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 27-də Tacikistan Respublikasına səfərə gəlib.

XALQ.AZ  xəbər verir ki, Düşənbə şəhərinin beynəlxalq aeroportunda prezident İlham Əliyevi Tacikistanın baş nazirinin müavini Azim İbroxim və digər rəsmi şəxslər qarşılayıblar.