Prezident seçkiləri günü qeyri iş günü olacaq

seckilar

 

Xalq.az xəbər verir ki, Azərbaycanda bu il 9 oktyabr – Prezident Seçkiləri günü qeyri-iş günü olacaq.  Bu seçki Məcəlləsində əksini tapıb.
Seçki Məcəlləsinə edilən son əlavə və dəyişikliklərə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

Milli Məclisin 30 aprel 2013-cü il tarixli iclasında qəbul olunmuş və Azərbaycan prezidenti tərəfindən təsdiq olunan sənədə əsasən səsvermə Əmək Məcəlləsinə görə iş günü hesab edilməyən bayram gününə düşərsə, Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir. Dəyişiklik vətəndaşların istirahət hüququnun tənzimlənməsinə xidmət edir.


Comments are closed.