Prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar – bu gün başa çatır

Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkiləri ilə bağlı bir sıra prosedurlar bu gün başa çatır.

XALQ.AZ-ın məlumatına görə, prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, martın 7-dək məntəqə seçki komissiyaları tərəfindən seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılması prosesi başa çatmalıdır.