Prezident Şirinov qardaşlarını təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabir Şirinovun və Umud Şirinovun “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
XALQ.AZ xəbər verir ki,  sərəncama əsasən, həyatları təhlükəyə məruz qalmış insanların xilası zamanı göstərdikləri şəxsi şücaətə görə Sabir Adil oğlu Şirinov və Umud Adil oğlu Şirinov “İgidliyə görə” medalına layiq görülüblər.
Qeyd edək ki, Ukraynada yaşayan azərbaycanlı qardaşlar yanvarın 19-da Nikolayev şəhəri ətrafında yanan avtomobildən bir ailəni çıxararaq xilas ediblər.
Orxan