Prezident Soçi olimpiadasını baykot etdi

50
Xalq.az xəbər verir ki, Almaniya prezidenti Yoaxim Qauk fevral ayında Soçidə keçirilən qış olimpiadasının təntənəli mərasimlərinə qatılmayacaq.
Verilən xəbərə görə Qaukun qərarı barədə artıq Rusiya hökuməti məlumatlandırılıb.
AFR prezidentinin mətbuat xidməti bu gün yayılan xəbəri təsdiqləyib. Onlar deyiblər ki, federal prezidentin qış olimpiadasının tədbirlərində iştirak etməsi heç də mütləq deyil. Sabiq hökumət başçısı Xorst Ksler də 2010 – cu ildə Kanadanın Vankuver şəhərində keçirilən qış oyunlarına getməyib
Xatırladaq ki, Soçi qış Olimpiadası 7 – 23 fevral 2014 – cü il tarixdə keçiriləcək.
Paralimpiada isə 7 – 16 martda – əsas oyunlardan bir ay gec başlayacaq.